“Armeniareport”: "Ermənistan hökuməti əhaliyə yalan vədlər verir"

“Armeniareport”: "Ermənistan hökuməti əhaliyə yalan vədlər verir"

Ermənistan hökuməti vətəndaşları sosial-iqtisadi problemlərin həll olunacağına inandırmağa çalışır. Ancaq verilən vədlər yalandır. Bu fikir Ermənistanın “Armeniareport” saytında yayılmış məqalədə yer alıb.

Yazıda qeyd olunur ki, sosial-iqtisadi problemlərin yaxın gələcəkdə aradan qaldırılması ümidverici deyil. Çünki ölkədə qanunlara uyğun tədbirlər görülmür. Problemlərin həlli yalnız ölkəni tərk etməkdir. Ermənistan iqtisadiyyatının yaxşılaşması reallaşmayan arzudur. Hökumətin maaşların və pensiyaların artırılması ilə bağlı verdiyi vəd yalandır. Ölkəni idarə edənlər əhalinin gəlirlərini artırmaq istəmirlər. Ermənistan hökuməti erməni xalqını səfalətə məhkum edir. Ölkədə iqtisadiyyatın inkişafı real deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə