Avropa İttifaqının Regionlar Komitəsində beynəlxalq sərgi keçirilib

Avropa İttifaqının Regionlar Komitəsində “Women in Art for Peace” adlı beynəlxalq sərgi keçirilib. Tədbir münaqişəyə cəlb edilmiş və dünya miqyasında sülhü təşviq edən ölkələrdən olan aparıcı qadın rəssamların silsilə sərgiləri vasitəsilə qadınların sülh quruculuğu və sülhün qorunmasında iştirakının vacibliyinə dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil edilib.

Tədbirə Belçika ictimaiyyətinin nümayəndələri, Avropa İttifaqı təsisatlarının və Avropa İttifaqı yanında akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri qatılıb.

Sərgidə ölkəmizi rəssam Cəmilə Səttar (Djemma Sattar) “Sükut” adlı rəsm əsəri ilə təmsil edib. Azərbaycanlı rəssamın əsəri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə