Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının şəhər və rayon şöbələri prezident seçkisi ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirirlər. Partiyanın Sədri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd İlham Əliyevin seçki kampaniyası çərçivəsində növbəti görüş Nizami rayon Qarabağ müharibəsi və Çernobıl əlilləri, veteranlar və şəhid ailələri ilə keçirilib. SİA-nın məlumatına görə, tədbirdə cənab İlham Əliyevin fəaliyyətinə dair YAP Nizami rayon təşkilatının hazırladığı video-çarx nümayiş etdirilib.
Sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, müharibə şəraiti davam etsə də, Azərbaycan qüdrətli dövlətə çevrilib. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, qətiyyətli daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyanın inkişaf edən ölkələri sırasına qoşulub: “Bu gün müstəqil Azərbaycan mürahibə nəticəsində qaçqın və məcburi köçkünlərə, mürahibədə şəhid və fiziki sağlamlığını itirən şəxslərin, Çernobıl əlillərinin ailələrinə xüsusi diqqət ayırır. Azərbaycanda məcburi köçkün ailəsi artıq çadırda yaşamır. Fiziki sağlamlığını itirən müharibə əlilləri üçün hər cür lazımi şərait yaradılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir. Bu səbəbdən də, bu kateqoriyadan olan insanların seçimi məhz cənab İlham Əliyevdir”.
YAP Siyasi Şurasının üzvü, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev də diqqətə çatdırıb ki, müharibə və Çernobıl əlilləri, veteranlar və şəhid ailələrinə göstərilən qayğı nümunəvi xarakter daşıyır. Müharibə və Çernobıl əlilləri, veteranlar və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da çox müsbət haldır: “Təsadüfi deyildir ki, cənab İlham Əliyev Qarabağ müharibəsi və Çernobl əlillərini, veteranları və şəhid ailələrini daim diqqət mərkəzində saxlayır. Onların qayğıları ilə maraqlanır. Bu baxımdan əminəm ki, hər bir seçkidə cənab İlham Əliyevə etimad göstərmiş Qarabağ müharibəsi və Çernobıl əlilləri, veteranlar və şəhid ailələri bu dəfəki seçkilərdə də YAP-ın namizədinə yekdilliklə səs verəcəklər”.
Çıxış edən “Azərbaycan Qarabağ Əlilləri və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədr müavini Vahid Əbdürrəhmanov və digər çıxış edənlər də onlara göstərilən diqqət və qayğıdan danışıblar.
Bildiriblər ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə və Çernobıl əlillərinin, veteranların, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Diqqətə çatrıdıblar ki, Qarabağ müharibəsi və Çernobıl əlilləri, veteranlar və şəhid ailələri dövlətimizin qarşısında duran taleyüklü məsələlərin həlli üçün özünü doğruldub, xalqımız tərəfindən dəstəklənən siyasətin davam etdirilməsini vacib biliblər. İnkişaf edən, güclənən, dünyanın qabaqcıl ölkələri sırasında layiqli yer tutan Azərbaycanın sınaqlardan çıxmış lideri cənab İlham Əliyev Qarabağ müharibəsi və Çernobıl əlillərinin, veteranların və şəhid ailələrinin layiqli namizədidir. Məhz buna görə də, onlar Azərbaycan xalqını yerlərdə seçkiqabağı tədbirlərdə fəal iştirak və düzgün seçim edib aprelin 11-də cənab İlham Əliyevə - davamlı inkişafa, sabitliyə və Azərbaycanın xoşbəxt gələcəyinə səs verməyə çağırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB