Bayram günlərində sərnişin qatarlarında sıxlıq müşahidə olunub

Bayram günlərində sərnişin qatarlarında sıxlıq müşahidə olunub

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Novruz Bayramı günlərində gucləndirilmiş iş rejimində çalışıb. “Azərbaycan Dəmir Yolları” QSC-dən SİA-ya verilən məlumata görə, əgər adi iş günlərində dəmir yolunun xidmətlərindən 2000 sərnişin istifadə edirdisə, bayram günlərində bu rəqəm 3000-3500 təşkil edib.

Qeyd edək ki, ən çox sıxlıq Bakı-Tbilisi, Bakı-Qazax, Bakı-Böyük Kəsik və Bakı-Balakən sərnişin qatarlarında müşahidə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə