Yevlaxda 3000 mindən çox ağac əkildi

Yevlaxda 3000 mindən çox ağac əkildi

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibəti ilə YAP Yevlax rayon təşkilatında “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində növbəti aksiya keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihəsi olan ağacəkmə kampaniyası Yevlax rayonu ərazisində yerləşən Bərdə Yevlax magistral yolunun kənarındakı meşə zolağında həyata keçirilib. Kampanyada YAP Yevlax şəhər təşkilatının idarə heyəti, Qadınlar Şurası, Gənclər Birliyinin üzvləri, partiya fəalları, ziyalılar, ictimaiyyət nümayəndələri yaxından iştirak ediblər.

Bayram əhval ruhiyyəsi ilə başlayan kampaniya təşviqat dövrünə təsadüf etdiyindən daha böyük ruh yüksəkliyi və fəallıqla həyata keçirilib. Belə ki, YAP fəallarının iştirakı ilə 3000-dən çox şam və meyvə ağacları əkiLib, əkilən ağaclara aqrotexniki qulluq olunub. “

Qeyd olunub ki, “Hərəyə bir ağac əkək” kampaniyası Aran regionunda yaşıllığın genişləndirilməsinə və ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına töhfə verəcək.

Kampaniya çərçivəsində fəallıq göstərən gənclər birlik nümayiş etdirərək, “İlhamla İrəli” şüarını səsləndiriblər. Ağacəkmə missiyası çərçivəsində ərazidə daha 5000 mindən artıq ağacın əkiləcəyi bildirilib.

R.RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə