Azərbaycanlı iş adamı 6 Qarabağ qazisi və şəhid ailəsinə mənzil bağışladı
Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun Prezidenti, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti, iş adamı Füzuli Məmmədov Novruz bayramının ilk günü qaziləri sevindirib. Bu dəfə 6 qaziyə yeni mənzillər təqdim olunub.
Belə ki, martın 21-də şəhid ailələrinin iştirakı ilə keçirilən Novruz bayramı şənliyinə qatılan iş adamı mənzillərin sənədlərini ailələrə təqdim edib.
Tədbirdə ölkə rəhbəri İlham Əliyevin şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs olunub. Qeyd edilib ki, vətənpərvərlik ruhumuzun təbliğatına xidmət göstərən belə tədbirlər bundan sonra da keçiriləcək.
Bundan başqa, Novruz bayramı şənliyi vətənpərvərlik mahnılarının mahir ifaçıları Şəmistan Əlizamanlı və Novruz Novruzlunun maraqlı çıxışları ilə də yadda qalıb.
Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə Novruz bayramının atributları olan kosa və keçəl balaca uşaqları sevindirib, azyaşlılara bayram hədiyyələri təqdim olunub.
Şəhid övladlarının ataları haqda dedikləri şeirlər isə qonaqlara kövrək anlar yaşadıb. Çıxış edən bir neçə qazi və şəhid ataları göstərdiyi diqqət üçün iş adamı Füzuli Məmmədova dərin təşəkkürlərini bildiriblər. Nitq söyləyən dövlət rəsmiləri və qazilər də çıxışlarında daim Vətən eşqi ilə yaşayan və uzun illərdir xeyriyyəçiliklə məşğul olan Füzuli Məmmədova atdığı xeyirxah addımlarında uğurlar arzulayıblar.
Qeyd edək ki, tədbirdə Azərbaycanın və qardaş Türkiyənin bir neçə dövlət rəsmiləri, bir çox media nümayəndələri də iştirak ediblər. Onların çıxışları maraq və alqışla qarşılanıb.
Yaşadığı döyüş xatirələrini bölüşən Qax sakininin çıxışı da olduqca maraqla qarşılanıb. O, bidirib ki, 22 il əvvəl Füzuli Məmmədovla döyüş bölgəsində tanış olub. İş adamı o illər qazinin Qaxda toyunu da edib. Toy hədiyyəsi olaraq əsgərə maşın bağışlayan iş adamı, eyni zamanda yaralanan bir çox əsgərimizin müalicəsini də öz öhdəsinə götürüb. Qax sakini olan qazimiz 20 il öncə dünyaya gələn oğluna Füzuli müəllimin adını verib...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB