Hərbi hissələrdə “Açıq qapı” günü keçirilib

Hərbi hissələrdə “Açıq qapı” günü keçirilib

General-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, bu gün saat 11.00-dan Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib.
Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər. Qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi də təşkil olunub.

Hərbi hissələrdə komandanlığın iştirakı ilə keçirilən “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunub, onları maraqlandıran bütün məsələlərin müzakirəsi aparılıb, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə