Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə “Terror multikulturalizmə qarşı“ layihəsi çərçivəsində keçirilən “Erməni terroru Azərbaycan multikulturalizminə qarşı: 1918-2018” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək. SİA-nın verdiyi məlumata görə, tədbir 27 Mart 2018-ci il tarixində, saat 10:00-da, BBMM-in konfrans zalında baş tutacaq.
Açılış nitqi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev çıxış edəcək. Bundan başqa Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsininin müdiri, prof. Etibar Nəcəfovun, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəylinin, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili, prof. Musa Qasımlının, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundovun, BBMM-nin icraçı direktor əvəzi Rəvan Həsənovun və digərlərinin çıxış edəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB