®Rasim Nəbiyev: “Xalqımız bu seçkilərdə də düzgün seçim aparmaqla daha böyük nailiyyətlərə imza atmış olacaq”- MÜSAHİBƏ

®Rasim Nəbiyev: “Xalqımız bu seçkilərdə də düzgün seçim aparmaqla daha böyük nailiyyətlərə imza atmış olacaq”- MÜSAHİBƏ

- Parlament seçkilərinin təşviqat kampaniyasının əksər hissəsi geridə qalıb. Bu müddət ərzində gedən prosesləri necə qiymətlənidirirsiniz?

- Azərbaycan artıq deyə bilər ki, hüquqi demokratik dövlət yaradılıb və bu dövlət getdikcə sürətlə inkişaf edir. Əldə olunan naliyyətlər demokratiyanın əldə etdiyi nailiyyətlərdir. Biz demokratik cəmiyyət qururuq. Bu gün biz fəxrlə deyə bilərik ki, demokratik cəmiyyət quruculuğu sahəsində böyük nailiyyətlər əldə etmişik. Bunu görmək üçün seçkilərə gəlmək lazımdır. Bu sahədə bir neçə Avropa ölkələrinə nümunə ola bilərik. Mən inanıram ki, builki seçkilər də demokratik şəraitdə keçəcək və xalqımız sevdiyi insanlara, layiqli namizədlərə səs verəcək. O insanlara ki, həmin şəxslər öz milli mənafelərini, maraqlarını hər şeydən üstün tutur. Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilən işə dəstək olur.
Azərbaycan müstəqil dövlət kimi bu gün dünya ölkələri içərisində inamla addımlayır və bizim istər hərbi, istər sosial, istərsə də mədəni sahədə əldə etdiyimiz bütün nailiyyətlər bizi sevindirir. Bu da bugünkü iqtidarın qələbəsidir.

- Necə düşünürsüz, builki seçkilər əvvəlki seçkilərlə nə ilə fərqlənir?


- Builki seçkiləri əvvəlki seçkilərdən fərqləndirən cəhət odur ki, artıq demokratiya yolunda çox ciddi addımlar atılıb. Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində Azərbaycan çox uğurlu addımlar atır. Bu gün Azərbaycan artıq dünyəvi dövlətdir. Yadda saxlamaq lazımdır ki, ölkəmizin iqtisadi qüdrətinin artması, sosial, mədəni sahədə əldə etdiyimiz naliyyətlər dünyanın sivil dövlətələri sırasına çıxmağımız onu göstərir ki, Azərbaycan artıq həm siyasi, həm də iqtisadi sahəsində böyük uğurlar əldə edib. Ölkəmiz dünyada enerji, ərzaq təhlükəsizliyinin təminatında iştirak edir. Bu həmin Azərbaycandır ki, 1994-cü ildə ölkəmizin büdcəsi 300 milyon dollar idisə, bu gün büdcənin gəlirləri təxminən 15 milyard dollardır. Bu da onu göstərir ki, bu illər ərzində ölkənin büdcənin gəlirləri 50 dəfədən çox artıb. Bunu görməmək, qəbul etməmək qeyri-mümkündür. Ölkəmizin ildən-ilə inkişaf etməsi ümumi seçki prosesinə də böyük təsir göstərir.

- Sizcə, parlament seçkilərinə seçicilər inanır deyə bilərikmi?

- Seçki qabağı keçirilən kampaniyalar nəticəsində demək olar ki, builki seçicilər əvvəlkli seçicilərdən xeyli fərqlənir. Artıq seçicilərin fəallığı bu il daha da artıb. Bunu seçkilərdə namizədliyini irəli sürən şəxslərin keçirdiyi görüşlər, səmimi söhbətlər zamanı da görmək mümkündür. Mən hesab edirəm ki, seçicilərin builki seçkilərə münasibəti yüksək səviyyədədir.
Bu gün ölkəmiz çox inkişaf edib. Ölkəmizin inkişaf etməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşması, mədəni, intellektual səviyyəsinin yüksəlməsi ölkəmizin böyük gələcəyindən xəbər verir. Bu xalq böyük çətinliklərdən keçərək bu günə gəlib. Mən inanıram ki, xalqımız bu seçkilərdə də düzgün seçim aparmaqla daha böyük nailiyyətlərə imza atmış olacaq.

- Seçki qabağı mərhələdə müxalifət "qara piar" kampaniyasına başlamaqla nə əldə etmək istəyir?

- Biz demokratik cəmiyyət qururuq. Bu cəmiyyəti də müxalifətsiz təsəvvür etmək olmaz. Təəccüblü deyil ki, seçkilərlə bağlı fikir ayrılığı hər zaman olub və gələcəkdə də olacaq. Lakin bəzi müxalifət quüvvələri var ki, onların milli maraqlara, mənafeyə qarşı çıxması doğru deyil. Həmin insanlar özünü müxalifət adlandırmağa, bu adı daşımağa layiq deyil. Müxalifət o insanlardır ki, söhbət milli maraqlardan gedəndə iqtidar ətrafında heç bir şübhə etmədən, tərəddüd olmadan birləşir, bütün qüvvələrini düşmənə tərəf yönəldir. Bu gün çox təəssüf edirəm ki, bizim müxalifətdə olan bəzi qüvvələr həqiqətən də bu adı daşımağa layiq deyillər. Bu günləri çalışmalıyıq ki, sağlam müxalifətimiz olsun. Bunu da əlbəttə ki, cəmiyyət yetişdirməlidir. Mən inanıram ki, bu belə də olacaq.
Bu gün ölkəmizdə demokratiyanın inkişafını göstərən əsas amillərdən biri iqtidarın müxalifətə olan münasibətidir. İqtidar müxalifətə hər bir şərait yaradıb. Bu gün müxalifət və müxalifətdə olan sağlam qüvvələr ki, onlar ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edirlər. Bu günləri biz müxalifətə müraciət edərək bildiririk ki, müxalifət nə qədər iqtidarla bir olsa bizim nailiyyətlərimiz daha çox olar. Tənqid lazımdır, lakin yaxşını görüb onu pis kimi qələmə vermək bu artıq müxalifətə yaraşmayan bir sifətdir. Parlament seçkilərində müxalifət üçün tam şərait yaradılıb. Hər kəs öz sözünü deyə bilir.

Bütün xəbərlər Facebook səhifəmizdə