Xarici ölkə nümayəndələrinin övladları Azərbaycan haqqında nə bilirlər?-MÜSABİQƏ
Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının uşaqları arasında "Azərbaycan haqqında nə bilirəm?" mövzusunda müsabiqənin keçirilməsi haqqında qərar qəbul edilib. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, müsabiqə ölkəmiz, onun təhsili, mədəniyyəti haqqında Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının uşaqlarında daha dolğun təsəvvür yaratmaq, onları ölkəmizin ictimai həyatında fəal iştiraka cəlb etmək məqsədilə təşkil olunur.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə dəstək verdiyi müsabiqə inşa, şeir, rəsm, rəqs və müxtəlif əl işləri nominasiyaları üzrə müsabiqə keçiriləcək.
Qərarda qeyd olunur ki, müsabiqənin təşkili və keçirilməsi üzrə əsasnamə və münsiflər heyətinin tərkibi təsdiq edilsin, müsabiqə ilə bağlı məlumatlar təşkilatçılar tərəfindən kütləvi informasiya vasitələrində müntəzəm işıqlandırılsın, Xarici İşlər Nazirliyi müsabiqə ilə bağlı Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərini və beynəlxalq təşkilatların nümayəndəliklərini məlumatlandırsın, təşkilatçıların hər biri bir nominasiya üzrə I, II və III yerlərin qaliblərinə hədiyyələrin alınmasını təmin etsinlər, həmçinin iştirakçılara diplomlar və sertifikatlar vahid formada Təhsil Nazirliyi tərəfindən hazırlansın, digər təşkilatçılar tərəfindən isə hər bir iştirakçıya Azərbaycanla bağlı xatirə hədiyyəsi (suvenir, CD, kitab və s.) verilsin və qərarın icrasına nəzarət təhsil nazirinin müavini E.Qasımova həvalə edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB