Bakıda metro stansiyasında sərnişin ölüb. SİA-nın məlumatına görə, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə bu gün saat 15:35 radələrində metronun “28 may” stansiyasında baş verib:"1953-cü il təvəllüdlü Bakı şəhər sakini Mərdanov Vasif Şamil oğlu 28 may stansiyasına çatanda özünü pis hiss edib və qatardan düşüb. Xəstəyə ilkin müdaxilə edilib təcili tibbi yardım çağrılsa da, həkimlər gələnə kimi həmin şəxs keçinib. Onun ürək tutmasından vəfat etdiyi güman edilir”.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB