Ombudsman Aparatında Milli Preventiv Mexanizmin fəaliyyəti üzrə treninq-seminar keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB), ATƏT-in Bakı Ofisinin birgə təşkilatçılığı ilə Ombudsmanın yanında yaradılmış İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri üçün MPM-in fəaliyyətinin gücləndirilməsinə yönəlmiş dörd günlük treninq-seminar keçirilib. SİA-nın xəbərinə görə, Ombudsman Aparatının bütün əməkdaşlarının iştirakı ilə keçirilən tədbirin ilk günü müvəkkil Elmira Süleymanova və ATƏT DTİHB-nin eksperti Liana Adler treninq-seminarın məqsəd və məramını açıqlayıblar.
E.Süleymanova nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən ATƏT və bu qurumun Bakı Ofisi ilə sıx əməkdaşlıq əlaqələri yaratdığını, həmin ofisin Azərbaycan hökumətinə insan hüquqlarının müdafiəsi, habelə işgəncə və pis rəftar hallarına qarşı mübarizədə kömək göstərdiyini, ombudsmanın fəaliyyətinə dəstək verdiyini diqqətə çatdırıb, ATƏT-lə birgə bu istiqamətdə birgə konfrans və seminarların keçirdiyini söyləyib.
Sonra müvəkkil qeyd edib ki, 2 dekabr 2008-ci il tarixdə BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunub, 13 yanvar 2009-cu il tarixdə ölkə Prezidentinin Sərəncamı ilə adı çəkilən protokolda nəzərdə tutulmuş MPM funksiyalarını yerinə yetirən təsisat qismində Azərbaycan ombudsmanı müəyyən edilib. Bu, müvəkkilin işgəncələrlə mübarizə sahəsində apardığı fəaliyyət nəticəsində dövlət və ictimaiyyət qarşısında qazandığı etimadın əlaməti olmaqla, görülən işlərin növbəti mərhələyə qədəm qoymasına və təkmilləşdirilməsinə zəmin yaradıb, səlahiyyət dairəsini genişləndirib, eyni zamanda məsuliyyətini daha da artırıb.
Tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərin saxlanıldığı 250-dən çox müəssisənin, o cümlədən penitensiar müəssisələrin, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin saxlandığı həbsxananın, istintaq və müvəqqəti saxlanma təcridxanalarının (MST) siyahısının tərtib olunduğu və bu müəssisələrə müntəzəm olaraq, monitorinqlərin, o cümlədən uzunmüddətli başçəkmələrin həyata keçirildiyi bildirilib, Müvəkkilin MPM qrupunun fəaliyyəti, həmçinin təsisatda yaradılmış qaynar xətlər barədə ətraflı məlumat verilib.
Ombudsmanın adı çəkilən funksiyası müəyyən edildikdən sonra baxışların və başçəkmələrin kəmiyyət, eləcə də keyfiyyət göstəricisinin artdığı, başçəkmələrin nəticələrinin daha dəqiq və ciddi surətdə qeydiyyata alınmasına başlandığı, 2009-cu ildə MPM səlahiyyətlərinə şamil olunduğu bütün müəssisələr üzrə artıq 416-dan çox baxışın keçirildiyi, müvafiq orqanlara sorğular göndərildiyi və tədbirlər görüldüyü nəzərə çatdırılıb.
Hazırda Müvəkkilin MPM qismində daha səmərəli fəaliyyət göstərməsini təmin etmək üçün Ombudsman Aparatında yeni struktur vahidinin yaradılmasının nəzərdə tutulduğu, tərkibinin və əsasnaməsinin hazırlandığı vurğulanıb.
Müvəkkil bu sahədə qanunvericiliyin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayıb, bununla əlaqədar Milli Məclisə təkliflər göndərdiyini söyləyib, Ombudsmanın təkliflərinin nəzərə alınmaqla, MPM-in fəaliyyəti sahəsində qanunvericiliyin daha da təkmilləşdirilməsi üzrə tədbirlər görüləcəyi barədə məlumat verib.
E.Süleymanova qeyd edib ki, müvafiq sahədə beynəlxalq əməkdaşlığın qurulmasına da xüsusi əhəmiyyət verilib, Ombudsman və Aparatın əməkdaşları işgəncələrlə mübarizə məsələlərinə həsr olunmuş bir neçə beynəlxalq tədbirdə iştirak ediblər.
Dörd gün davam edən tədbirlər zamanı ATƏT-in ekspertinin iştirakı ilə MPM tərəfindən baxışların keçirilməsi metodikası, müvafiq hesabatların hazırlanması, eləcə də dövlət orqanları və QHT sektoru ilə əlaqələrin qurulması perspektivlərinin inkişaf etdirilməsi və s. kimi aktual məsələlər müzakirə olunmuş, beynəlxalq ekspert tərəfindən iştirakçıların çoxsaylı sualları cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb, Azərbaycanda tətbiq olunacaq MPM modeli haqqında mülahizələr səsləndirilib.
Tədbir çərçivəsində Ombudsman və MPM qrupunun üzvləri L.Adlerin iştirakı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinə və Nərimanov Rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlama təcridxanasına (MST) başçəkmə həyata keçiriblər.
Başçəkmənin əsas məqsədi Fakültativ Protokolun tələblərinə müvafiq olaraq, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar hallarının qarşısının alınması üçün mövcud vəziyyətin öyrənilməsi və bu istiqamətdə qabaqlayıcı tədbirlərin həyata keçirilməsindən ibarət olub. Cəzaçəkmə müəssisəsində məhkumların və MST-də saxlanılan şəxslərin saxlanma şəraiti və vəziyyəti öyrənilib. Bir sıra məhkumlarla və MST-də saxlanılan şəxslərlə söhbət zamanı onlar saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyiblər. Saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı həmin müəssisələrin rəhbərliyinə müvafiq tövsiyələr verilib.
Treninq-seminarın növbəti günlərində həyata keçirilmiş başçəkmələrin nəticələrinin müzakirəsi zamanı L.Adler Ombudsmanın və MPM qrupu üzvlərinin bu başçəkmələri peşəkarlıq, obyektivlik və dəqiqliklə həyata keçirdiklərini vurğulayıb, habelə MPM-lə bağlı müvafiq sənədləşməni və informasiya təminatını yüksək dəyərləndirib. Tədbir çərçivəsində Ombudsman, MPM qrupunun üzvləri, L.Adler, ATƏT-in Bakı ofisinin nümayəndələri və Azərbaycanda fəaliyyət göstərən bir neçə QHT rəhbərinin iştirakı ilə görüş keçirilib, QHT-lərlə MPM kimi daha sıx əməkdaşlığın qurulması, vətəndaş cəmiyyəti iştirakçılarının, eləcə də müstəqil ekspertlərin MPM-in işinə cəlb olunması məsələləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb, bu istiqamətdə fəaliyyətin daha da təkmilləşdirilməsi üzrə təkliflər səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB