Şəmkir rayonunda "Şahin" hərbi-idman oyununun yüksək səviyyədə təşkil edilməsi üçün rayonun məktəbləri arasında zona yarışları davam edir. Qeyd edək ki, Şəmkir rayonunun məktəbləri 6 zonaya ayrılmış, bu günə kimi 3 zona yarışına yekun vurulmuş, Şəhər zonası üzrə M.Füzuli adına tam orta məktəbin komandası, Kür zonası üzrə Mahmudlu kənd tam orta məktəbin komandası, Seyfəli zonası üzrə Könüllü 1 saylı tam orta məktəbin komandası rayon birinciliyinə iştirak hüququ qazanmışdır.
Növbəti 4-cü zona yarışı 12 mart 2018-ci il tarixdə Şəmkir rayon Sabirkənd tam orta məktəbdə "Şahin" hərbi-idman oyununun Düyərli zonası üzrə keçirilmişdir. Yarışda Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Şəmkir rayon gənclər birliyinin sədri Emin İsmayılov, Şəmkir rayon Təhsil Şöbəsinin hərbi metodisti Zülfüqar Abbasov, Şəmkir rayon Sabirkənd tam orta məktəbin direktoru Müqabil Yolçuyev, zona hərbi müəllimləri, Düyərli zonasının komandaları iştirak etmişdir. Yarışda çıxış edənlər, xüsusi olaraq, vurğulanmışdır ki, "Şahin" hərbi-idman oyunun keçirilməsində məqsəd böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, məktəblilərin ordu sıralarına hazırlanmasına kömək göstərməkdir.
"Şahin" hərbi-idman oyununda rayonun Düyərli zonasının 8 komandası yarışın əsasnaməsinə uyğun olaraq müxtəlif mərhələlərdən keçmişdir. Yekunda münsiflər heyətinin qərarına əsasən, I yerə Sabirkənd tam orta məktəbin komandası, 2-ci yerə Zəyəm qəsəbə 1 saylı tam orta məktəbin komandası, 3-cü yerə Zəyəm qəsəbə 2 saylı tam orta məktəbin komandası layiq görülmüşdür. Qeyd edək ki, Sabirkənd tam orta məktəbin komandası 16 mart 2018-ci il tarixdə Şəmkir şəhərində "N" saylı hərbi hissədə keçiriləcək rayon birinciliyinə iştirak hüququ qazanmışdır.
NƏZAKƏT
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB