“Beynəlxalq münasibətlərdə təhsilin rolu” LAYİHƏ

Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə dəstəyi ilə “Beynəlxalq münasibətlərdə təhsilin rolu” adlı layihəsi Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında həyata keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan layihə rəhbəri gənclərə layihənin mahiyyəti barədə ümumi məlumat verib, layihənin əsas ideyasını və layihə ərzində keçirilən təlimlərin mövzularını bir daha iştirakçıların nəzərinə çatdırıb.

Sonra təlimçi iştirakçıları salamlayaraq beynəlxalq təhsil sahələrinin bir neçəsi haqda danışıb və bununla bağlı maarifləndirmə işlərinin mütəmadi olaraq həyata keçirlməsinin vacib olduğunu vurğulayıb.

Daha sonra layihə iştirakçısı olan gənclərin movzu ilə əlaqədar verdiyi suallar cavablandırılıb və tədbir ümumi müzakirə formatında davam edib. Layihə ərzində əldə olunan məlumatlar və statistik informasiyalar gənclərin gələcəkdə özlərinə peşə seçimində kömək edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə