Mübariz Qurbanlı Gəncədə vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı Gəncədə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 14-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək.
Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, qəbul Azərbaycan Dövlət Aqrar Universitetinin əsas korpusunun akt zalında (ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 450) saat 11:00-da keçiriləcək. Qəbulda Gəncə, Daşkəsən, Naftalan, Göygöl, Goranboy, Samux sakinləri, eləcə də bölgədə məskunlaşmış Xocalı və Kəlbəcər rayonlarından olan qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə