Xəzər dənizində zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib

Martın 8-də Xəzər dənizində 3 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:53:19-da qeydə alınıb.

Ocağı 5 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə