Prezident Bakı Şəhər Statistika İdarəsinin inzibati binasının açılışında iştirak edib
Bu gün Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsinin inzibati binasının açılışı olub. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov görülən işlər və binada yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verdi.
Sonda xatirə şəkli çəkdirildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB