“Weekly Wood Newspaper” qəzetində Mərkəzi Nəbatat Bağı haqqında məqalə dərc olunub

“Weekly Wood Newspaper” qəzetində Mərkəzi Nəbatat Bağı haqqında məqalə dərc olunub

Cənubi Koreyada yayımlanan “Weekly Wood Newspaper” qəzetində Jeonbuk Universitetinin meşəçilik fakültəsinin dosenti Daniel Kvonun “Bakı Botanika Bağı” sərlövhəli məqaləsi dərc olunub.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, məqalədə Mərkəzi Nəbatat Bağının yaranma tarixi, mövcud bitki kolleksiyaları, buranın alimləri tərəfindən aparılan elmi tədqiqat işləri haqqında məlumat yerləşdirilib. Məqalədə Azərbaycanın endemik, nadir ağac növü olan Eldar şamının əhəmiyyətindən də geniş söz açılıb. Müəllif Mərkəzi Nəbatat Bağının Bakı şəhəri üçün xüsusi əhəmiyyətini vurğulayıb, burada aparılan işlərdən və perspektivlərdən ətraflı söz açıb.

Bütün xəbərlər Facebook səhifəmizdə