Xəzər dənizində zəlzələ olub

Martın 6-da Xəzər dənizində 3,2 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 12:16:15-də qeydə alınıb.

Ocağı 57 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə