Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan SİA-ya verilən məlumata görə, iclasda “REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb.
Milli Televiziya və Radio Şurasının qərarına əsasən “REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB