DSMF legioner futbolçularla bağlı AFFA-ya və bütün komandalara müraciətlər edəcək
Hazırda Dövlət Sosial Müdafiə Fondunda (DSMF) peşəkar futbol liqasında olan bütün komandalardakı legionerlərin qeydiyyatı aparılır. SİA-nın xəbərinə görə, bu barədə fondun sədri Səlim Müslümov məlumat verib. O bildirib ki, futbol komandalarındakı legionerlərin məcburi dövlət sosial sığortaya cəlbi çox vacibdir. Onun sözlərinə görə, statistika tam şəkildə çıxarılıb və bu ayın əvvəlində AFFA-ya və bütün komandalara müvafiq müraciətlər ediləcək. S.Müslümov qeyd edib ki, ancaq bu məsələ futbol komandalarının sosial sığorta prosesinə cəlb olunması ilə həll edilmiş sayıla bilməz.
"Bu gün fondda 9 mindən yuxarı əcnəbi vətəndaş qeydiyyatdadır. Ancaq söhbət təkcə xarici vətəndaşlardan və ya muzdla işləyənlərdən getmir. Dövlət Statistika Komitəsinin muzdla işləyənlərlə bağlı verdiyi statistika ilə bizim fondda olan statistika arasında elə bir fərq yoxdur. Söhbət pərakəndə ticarətdə işləyənlərdən gedir. Məsələn, Lökbatan ərazisində "Sədərək" və "Binə" ticarət mərkəzlərində 25-30 mindən artıq şəxs çalışır. Ancaq onların yalnız 5-10 %-i qeydiyyatdadır. Qeydiyyatdan yayınanların əksəriyyəti fiziki şəxslərin yanında çalışanlardır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB