Gələn ildən pensiyaların avtomatlaşdırılmış şəkildə təyinatına başlanacaq
Gələn ildən pensiyaların avtomatlaşdırılmış şəkildə təyinatına başlanacaq. SİA-nın xəbərinə görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov məlumat verib. O bildirib ki, bu yeni qaydaya əsasən əlilliyə və ailə başçısını itirməyə görə pensiya alanlara pemsiyanın məbləğini müəyyənləşdirmək üçün hər hansı bir sənəd tələb olunmayacaq. Bu avtomatlaşdırılmış şəkildə mərkəzi sistem üzrə müəyyənləşəcək.
"Bu prosesdə gecikdiyimizi düşünürük. Sistemin sonu budur. İnsanlar pensiya təyinatı üçün müəyyən sənədlər toplanmamalıdır. Təyinat zamanı müraciət edən şəxsin sığortasının olub-olmamsı, mövcud yaşının buna imkan verməsi və stajının 12 ildən az olmaması nəzərə alınacaq. Bütün bunlar doğru olduğu zaman sistemdə olan məlumatlar əsasında ona müəyyən məbləğdə pensiya təyin ediləcək. Gələn ilin ortalarında artıq heç kim pensiya hesablayan sistemə staj barədə məlumatı daxil etməyəcək. Bu məlumatı sistem avtomatik olaraq özü əlavə edəcək və pensiyanı avtomatik hesablayacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB