“Ekspo 2025 Bakı” ADA Universitetində gənclər üçün ilk tədbirini keçirib - FOTOLAR

“Ekspo 2025 Bakı” ADA Universitetində gənclər üçün ilk tədbirini keçirib - FOTOLAR

2 Mart 2018-ci il tarixdə Ekspo 2025 Ümumdünya sərgisi üçün Bakı şəhərinin namizədlik layihəsi çərçivəsində ADA Universitetində keçirilən Karyera Sərgisi zamanı Eksponun məqsədlərini daha geniş şəkildə izah etmək üçün gənclərə məlumatlar verilib. "Ekspo 2025 Bakı"nın Əməliyyat katibliyindən SİA-ya verilən məlumata görə, layihənin təqdimatı zamanı Bakının Ümumdünya Ekspo sərgisinə ev sahibliyinə namizədliyi ilə bağlı məlumatlar verilib, Ekspo sərgisinin gənclər üçün yarada biləcək imkanları müzakirə edilib. ADA tələbə və məzunlarına “Ekspo 2025 Bakı” layihəsinin “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunun Azərbaycan gəncliyini ölkənin inkişafının mərkəzinə necə gətirə biləcəyi izah edilib.

Karyera sərgisində 1000-dən artıq tələbə və məzun, 100-dən artıq şirkət və təşkilat iştirak edib.

Bu təşəbbüs Ekspo sərgisinin faydalarının daha geniş ictimaiyyətə çatdırılması və Azərbaycan gənclərinin ekspo layihəsinə dəstəyinin səfərbər edilməsi istiqamətində nəzərdə tutulan tədbirlər sırasında ilkdir. Eyni zamanda, Ümumdünya Ekspo sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyini dəstəkləmək məqsədilə, bu həftə “Ekspo 2025 Bakı” layihəsinin heyəti "Facebook", "Instagram" və "Twitter" sosial şəbəkələrində hər ay nəzərdə tutulan yeni müsabiqəyə start verib.

“Ekspo 2025 Bakı” layihəsini aşağıdakı linklər üzrə izləyərə bilərsiniz:

Facebook: Expo 2025 Baku Azerbaijan

Twitter: @bakuexpo2025

Instagram:Baku Expo 2025

www.bakuexpo2025.com

Bütün xəbərlər Facebook səhifəmizdə