ƏƏSMN: “İndiyədək 3 500-dən artıq əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub” - AÇIQLAMA

ƏƏSMN: “İndiyədək 3 500-dən artıq əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub” - AÇIQLAMA
İndiyədək 3 500-dən artıq əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli məlumat verib O bildiirb ki, cari ilin birinci yarısında əlil və şəhid ailələri üçün Gəncə, Lənkəran və Quba şəhərlərində 36, Cəlilabad rayonunda 16 və 36, Gədəbəy rayonunda 16, Bakı şəhərinin Qaradağ rayonunda 81 mənzilli yaşayış binalarmm inşası tam başa çatdırılaraq istismara hazır vəziyyətə gətirilib. Bu günlərdə isə Lerik və Neftçalada 16, Balakən şəhərində isə 36 mənzilli yaşayış binalarının əlil və şəhid ailələrinin istifadəsinə verildiyini deyən E.Kələntərli vurğulayıb ki, eyni zamanda İsmayıllı rayonunda 36, Bakı şəhərinin Yasamal və Sabunçu rayonlarında 81 mənzilli yaşayış binasmın tikintisi davam etdirilir: "Gəncə şəhərində 36 mənzilli, Bakı şəhəri Xəzər rayonunda isə 81 mənzilli yaşayış binalarının tikintisi başa çatıb və istismara vermək üçün son tamamlanma işləri aparılır. Bundan əlavə, 200 fərdi yaşayış evlərinin 147-də tikinti quraşdırma işləri başa çatmaq üzrədir, 53-də isə tikinti quraşdırma işləri davam etdirilir".

O bildirib ki, bu ilin ötən dövründə əlillərin minik avtomobilləri ilə təminatı işləri də uğurla davam etdirilib və 9 ay ərzində 240 ədəd minik avtomobili bu kateqoriyadan olan vətəndaşlara təqdim olunub. Mətbuat katibinin sözlərinə görə, indiyə qədər 2 900-dən artıq əlil dövlət hesabma minik avtomobili ilə təmin edilib.
"Əlilliyin
artım dinamikası ötən ilin müvafiq dövrü ilə müqayisədə 1601 nəfər azalaraq 16 654 nəfər təşkil edib. Tam reabilitasiya edilənlərin sayı isə 3 098 nəfər artaraq 8 817 nəfər olub. Bu müddətdə tam reabilitasiya göstəricisi 5,8 faizə yüksəlib", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə