Martın 1-də səhər saatlarında paytaxtın Qaradağ rayonu ərazisində yerləşən Torağay palçıq vulkanında püskürmə baş verib. Vulkanın ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hazırda nazirliyin mütəxəssisləri püskürmə və onun nəticələrini öyrənir, müvafiq monitorinqlər aparırlar.
Qeyd edək ki, Torağay palçıq vulkanı Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Vulkan indiyədək on dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 1988-ci ilə təsadüf edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB