"Kimyaçı" Mədəniyyət sarayının qarşısındakı meydançada "Azərikimya" İstehsalat Birliyi və Sumqayıt şəhər Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Bu günün körpələri – gələcəyin dahiləri" devizi altında növbəti tədbir keçirilib. Sumqayıt şəhərindəki 44, 45, 47, 48, 55 və 66 saylı körpələr evi və uşaq bağçalarından 80-dən çox azyaşlı uşağın qatıldığı tədbir öz rəngarəngliyi ilə iştirakçılarda böyük maraq doğurub. Tədbir iştirakçıları öncə asfalt üzərində rəsm çəkmək, sonra isə bədii qiraət bacarıqlarını nümayiş etdiribər. Mərasimdə çıxış edən "Azərikimya" İB-nin və Sumqayıt şəhər Təhsil şöbəsinin nümayəndələri tədbirin məqsəd və qayəsindən danışıb, körpələr evi - uşaq bağçalarında tərbiyə alan balacaların təfəkkürünün formalaşmasında və nitq qabiliyyətlərinin inkişafında bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Tədbirdə uşaqlara qayğını daim ön planda saxlayan "Azərikimya" İstehsalat Birliyinin bu istiqamətdə gördüyü işlərdən danışılıb, valideynlər və tərbiyəçilər adından Birliyin kollektivinə minnətdarlıq bildirilib. Klounların və illüziyaçıların maraqlı çıxışları körpələr tərəfindən maraqla qarşılanıb. Həftədə iki dəfə olmaqla Sumqayıtın digər körpələr evi və uşaq bağçalarının sakinləri üçün də bu cür maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB