Əlillər İttifaqında parçalanma?

Əlillər İttifaqında parçalanma?

Dünən Azərbaycan Respublikası Şəhid Ailələrinə Yardım və Hüquqların Müdafiəsi İctimai Birliyinin İdarə heyətinin növbədənkənar iclası keçirilib. İdarə heyətinin iclasında təşkilatın Azərbaycan Respublikası Əlil Təşkilatlar İttifaqında fəaliyyətinə davam edib- etməməsi müzakirə edilib.

İctimai birliyin sədri Rövşən Ağamalıyev QHT.az-a məlumat verib ki, İdarə Heyətinin qərarı ilə rəhbərlik etdiyi qurum Əlil Təşkilatlar İttifaqındakı fəaliyyətinə xitam verib və təşkilatın üzvlükdən çıxması ilə bağlı müvafiq qərar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Əlil Təşkilatlar İttifaqı 47 QHT-nin birləşdiyi ən böyük koalisiyalardan biridir. Koalisiya rəsmi hüquqi statusa malikdir və ictimai birlik sayılır. Təşkilatın sədri Davud Rəhimlidir.

Xatırladaq ki, bu koalisiya ilə bağlı narazılıqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuraya keçirilən son seçkilərdə meydana gəlib. Seçkidən sonra QHT rəhbərləri bir-birlərini qeyri səmimi olmaqda ittiham ediblər.

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, yaxın günlərdə bir neçə təşkilatın da Əlil Təşkilatlar İttifaqından ayrılması gözlənilir.

Qarşı tərəfin də mövqeyin dərc etməyə hazırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə