Azərbaycanın və NATO-nun təhsil üzrə ekspertləri görüşüblər

Azərbaycanın və NATO-nun təhsil üzrə ekspertləri görüşüblər

Hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə Azərbaycan-NATO Birgə Fəaliyyət Planına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Nazirliyinin və NATO-nun mütəxəssisləri arasında növbəti işçi görüşü keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, tədbirdə “Müdafiə təhsilinin genişləndirilməsi proqramı” çərçivəsində 2017-ci ildə həyata keçirilən fəaliyyətlər təhlil edilir. Həmçinin cari il üçün planlaşdırılan tədbirlər və əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə