Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mü-barizə tədbirlərİ davam etdirilir. Bu barədə SİA-ya DMX-nin mətbuat xidmətindən məlumat verilib.
Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirdiyi təd-birlər zamanı 5 nəfər Hindistan, 3 nəfər Pakistan, 2 nəfər Banqladeş və 1 nəfər Əfqanıstan vətəndaşı olmaqla, ümumilikdə 11 nəfər əcnəbi saxlanılıb.
Araşdırma zamanı saxlanılan əcnəbilərdən 2 nəfər Pakistan və 2 nəfər Banqladeş vətəndaşının Azərbaycan Respublikasına guya biznes fəaliyyəti ilə məşğul olacaqları adı altında gəldikləri, lakin onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşıdığı məlum olub.
Saxlanılan digər əcnəbilərin Azərbaycan Respublikasının ərazisində olma və yaşama qaydalarını pozduqları aşkar edilib.
Bununla da əcnəbilər tərəfindən Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilib və barələrində müvafiq inzibati tədbirlər görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB