Kinoloji xidmət iti tətbiq edilərək narkotik vasitə aşkarlanıb. SİA-nın məlumatına görə, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi sərnişin avtobusuna baxış keçirilib.
Kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı, xidməti it avtobusun iki sərnişin oturacağına reaksiya verib. Xidməti itin reaksiyasına əsasən, həmin oturacaqların ətrafı əsaslı yoxlanılıb. Nəticədə, avtobusun yan divarına tərəf olan oturacağın üzlüyünün altında 2 ədəd bükümdə, xalis çəkisi 93,18 qram olan narkotik vasitə - heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB