Bakı şəhər kartının qiymətləri AÇIQLANDI

Bakı şəhər kartının qiymətləri AÇIQLANDI

"Bakı şəhər kartının vaxt limiti olacaq, amma həmin müddətdə xidmətlərdən limitsiz istifadə edə biləcəklər".

SİA-nın məlumatına görə, bunu Milli Turizm Təbliğat Bürosunun mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

K.Quluzadə bildirib ki, kartlar həm yerli, həm də xarici vətəndaşlar üçün nəzərdə tutulub.

Kartlar 24, 72 saatlıq və 1 həftəlik olacaq. Kartlar 35, 60 və 90 manatlıq olacaq: "Belə bir kart dünya təcrübəsində var. Bakıda da belə bir karta çoxdan ehtiyac var idi. Kart sahibləri ictimai nəqliyyat və muzeylərdən istifadə edə biləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə