Bakıda Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayı keçirilir FOTOLAR
Bu gün Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayı işə başlayıb. SİA-nın verdiyi xəbərə görə, qurultayda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak edirlər.
Şuranın sədri, Milli Məclisin deputatı Fəttah Heydərov tədbirdə iştirak etmək üçün seçilmiş 203 nümayəndədən 198-nin qeydiyyatdan keçdiyini bildirib. Azərbaycanın dövlət himni səsləndirilib.
Sonra ulu öndər Heydər Əliyevin, eləcə də VI qurultaydan ötən dövrdə dünyasını dəyişmiş Şura üzvlərinin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qurultayın işçi orqanları seçiləndən sonra gündəlik təsdiq edilib, hesabat məruzəsi dinlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB