ETSN İmişli rayonu ərazisində reyd keçirib

ETSN İmişli rayonu ərazisində reyd keçirib

Reyd 38 yulğun kolu və 21 qovaq kəsildiyini, araşdırma isə ağac kəsənin kimliyini müəyyənləşdirib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 nömrəli Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi İmişli rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, reyd zamanı İmişli rayon Əliyetməzli kəndi ərazisindəki Kür çayının mühafizə zonasında 0,30 hektar yaşıllıq sahəsində 38 yulğun kolu və 16-50 santimetr diametrliyində 21 qovaq və söyüd ağaclarının kəsildiyi aşkar edilib.

Araşdırma zamanı yulğun kolları və ağacların Əliyetməzli kənd sakini Ceyhun Əbdülov tərəfindən kəsildiyi və təbiətə 8510 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində tədbir görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə