Bu gün Bakıda Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICMPD) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının əməkdaşlığı çərçivəsində hakimlər üçün “Sığınacaq axtaranların himayəsi” mövzusunda təlim keçirilir. Təlim Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ICMPD-nin icra etdiyi “Azərbaycanla Mobillik naminə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək ("MOBİLAZE") layihəsinin dördüncü – “Sığınacaq verilməsi qərarlarının qəbulu prosesinin təkmilləşdirilməsi” komponenti çərçivəsində həyata keçirilir.
Sığınacaq axtaranların himayəsi ilə bağlı təlimdə 1 və 2 saylı Bakı İnzibati-İqtisad məhkəmələrinin, Bakı Apelyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri iştirak edirlər.
Tədbirdə ICMPD-nin nümayəndəsi Elnur Nəsibov, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təmsilçisi Furio de Angelis, Avropa İttifaqı əməliyyatlar şöbəsinin rəhbəri Jeroen Villems çıxış ediblər.
Bildirilib ki, təlimin məqsədi hakimlərin və bu sahədə fəaliyyət göstərən mütəxəssislərin Beynəlxalq Qaçqın Hüququ çərçivəsində geri-qaytarmamaq prinsipi, məhkəmə prosesi zamanı sığınacaq axtaranlar üçün prosedur təminatları, daxil edilmə hallarının yoxlanılması, sübutların və dəlillərin qiymətləndirilməsi mövzuları üzrə bilik və bacarıqlarının daha da inkişaf etdirilməsindən ibarətdir.
Təlim iki gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB