Qondarma "prezident"-in hesabını ələ keçirib, Xocalıdan yazdılar
Azərbaycanlı hakerlərdən ibarət qrup "Anti-armenia Team" qondarma "Dağlıq Qarabağ Respublikası"nın qondarma "prezidenti" Bako Saakyanın "facebook" hesabını ələ keçirib. SİA-nın məlumatına görə, hakerlər qondarma "prezidentinin" hesabından Xocalı soyqırımı zamanı həlak olanlarla bağlı müxtəlif məlumatlar paylaşdıqdan sonra hesabda öz izlərini qoymağı da unutmayıblar.
Qeyd edək ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Ələ keçirilən səhifə: facebook.com/bakosahakyan/
Foto faktlar:
.png)
.png)
.png)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB