Astarada XX əsrin ən qanlı faciəsi-Xocalı soyqırımı yad edilib

Astarada XX əsrin ən qanlı faciəsi-Xocalı soyqırımı yad edilib

Azərbaycan xalqının tarixinə qanla yazılmış, dünyanı dəhşətə bürüyən Xocalı soyqırımından 26 il keçir. 26 fevral 2017-ci ildə Astara rayonunda Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və aparat işçiləri, rayonun idarə, müəssisə və təşkilatların kollektivləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri tərəfindən şəhidlərin xatirə kompleksinin önünə tər qərənfillər düzülmüş, şəhidlərin xatirəsi ehtiramla yad edilib. İştirakçılar şəhidlərin xatirə kompleksinin önündə təşkil edilmiş Xocalı soyqırımından bəhs edən foto-sərgi ilə tanış olmuş, nümayiş etdirilən kompazisiyanı dinləyiblər.

Rayon İcra hakimiyyətinin məsul işçisi, “Xocalım ağrım mənim” kitabının müəllifi Mərasim Hacızadə Xocalı faciəsi barədə iştirakçılara məlumat verərək qeyd edib ki, XX əsrin ən ağır müsibətlərindən biri olan Xocalı faciəsi bəşər tarixində analoqu olmayan qanlı soyqırımı, Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş acı kədər, dərin üzüntüdür.

Ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində Xocalı soyqırımına hüquqi-siyasi qiymət verildi və bu faciənin beynəlxalq miqyasda tanınması üçün 1994-cü il fevralın 24-də Xocalı soyqırımı ilə bağlı qərar və bəyanat qəbul edilərək dünya parlamentlərinə, beynəlxalq təşkilatlara göndərildi. Bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin gərgin əməyi nəticəsində hazırda dünyanın bir çox ölkələrində Xocalı faciəsi soyqırımı kimi tanınıb.

Xocalı həqiqətlərinin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımları Heydər Əliyev Fondu uğurla davam etdirir. Məhz fondun gərgin əməyi nəticəsində indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Bir sıra ölkələrdə Heydər Əliyev fondunun Vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilmiş, “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kompaniyasının məqsədi dünya ictimaiyyətini Xocalı faciəsi ilə bağlı məlumatlandırmaq, qətliama hüquqi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılan işlərin getdikcə geniş miqyas alması və Azərbaycanın gündən-günə beynəlxalq miqyasda artan nüfuzu sayəsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı və Azərbaycanın işğal altında olan bütün torpaqlarının geri alınacağı günün uzaqda olmadığı qeyd olunub.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə