Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Abşeron Rəsm Qalereyasında Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Xocalı faciəsi qan yaddaşımızıdr” mövzusunda növbəti ənənəvi sərginin mükafatlandırma mərasimi keçirilib. Baş İdarədən SİA-ya verilən məlumata görə, sözügedən sərgidə Bakının müxtəlif rayonlarından 60 məktəbli iştirak edib. Nümayiş olunan 50 əsər əsasən qrafik janrda, müxtəlif texnikalarla işlənib hazırlanıb. Mükafatlandırma mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov iştirak ediblər.
Qeyd edək ki, münsiflər yeniyetmə rəssamların əməyini layiqincə qiymətləndirərək onlar arasından istedadlılara müvafiq dərəcəli diplom və hədiyyələr təqdim ediblər. Belə ki, Nizami rayonundan Nihad Məmmədov 1-ci yer, Xətai rayonundan Fatimə Şirəliyeva 2-ci yer, Yasamal rayonundan Nəzrin Salmanova isə 3-cü yerə layiq görüldü. Digər 8 iştirakçıya isə həvəsləndirici diplomlar və hədiyyələr təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB