Kino Xidməti İdarəsi Xocalını “92-ci ilin qarı” ilə andı FOTOLAR
Bu gün Xocal faciəsinin 26-cı ildönümü qeyd edilir. SİA-ya verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsi “Xocalıya ədalər” kampaniyası çərçivəsində bir sıra silsilə tədbirlər keçirib. İdarə tərəfindən faciənin gələcək nəsillərə şatdırılması üşün bu qanlı olay lentin yaddaşına həkk edilib. Ssenari müəllifi və rejissor Gültəkin Nərimanın “92-ci ilin qarı” adlı sənədli filmi bu günə qədər bir çox hərbi hissələrdə və tədris ocaqlarında nümayiş olunub.
Bakı Şəhər İcra Hakimiyyətinin konfrans zalında Bakı şəhərində yerləşən səfirliklər və diplomatik korpusun nümayəndələrinin iştirakı ilə “92-ci ilin qarı adlı” adlı anım tədbir keçirilib.



Azərbaycan Xalça Muzeyində keçirilən “Xocalını unutmayaq” adlı tədbir isə maraqla qarşılanıb. Tədbirdə iştirak edən millət vəkilləri bu faciə ilə bağlı faktları diqqətə çatdırıb.



Rəşid Behbudov adına Mahnı Teatrında Xocalı faciəsinin ildönümünə həsr olunmuş “Xocalı sağalmaz yara” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə Azərbaycan tarixinə qanlı hərflərlə yazıldığını, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələri tərəfindən Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdiyi vurğulanıb. İncəsənət ustalarının iştirak etdiyi tədbirdə "Şəhidədlər balladası"na hazırlanmış kompozisiyası Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xor Kapellasının və Azərbaycan Dövlət Pantomim Teatrının akyorları tərəfindən ifa olunub. Azərbaycan Televiziya və Radiosunun Milli kamera ansamblının ifası və müğənnilərin Xocalı şəhidlərinə həsr olunmuş mahnıları təqdim olunub, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktədin orkestrinin ifasında ilk dəfə olaraq "Qələbə" uverturası səsləndirilib.

.jpg)
Memarlıq və inşaat Universitetində Xocalı faciəsinin ildönümünə həsr olunmuş “Xocalı Fəryadı” adlı tədbir keçirilib. Tədbirdə universitetin professor, müəllim, tələbə heyəti iştirak edib. Tədbirdə “Savalan" qrupunun rəhbəri müğənni, aktyor Novruz Novruzlu çıxış edib.


Şuşa Şəhər 1 nömrəli tam orta məktəbdə Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib. Kino Xidməti İdarəsinin Şuşa Şəhər 1 nömrəli tam orta məktəbdə keçirdiyi tədbir Xocalı faciəsinə həsr olunub. Tədbirdə millət vəkilləri çıxış edib.


Kino Xidməti İdarəsinin hazırladığı “92-ci ilin qarı” adlı sənədli film həmçinin hərbi hissələrdə, o cümlədədən, Bakı Ali Neft Məktəbində və Azərbaycan Hərb Tarixi Muzeyində Xocalı soyqırımı ilə bağlı keşirilən tədbirlərdə nümayiş edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB