"Anadolu" qəzetində Xocalı soyqırımından bəhs edən məqalə dərc edilib
Dünya tarixində çox qırğınların edildiyini bilirik. Mesopotamiyada qutilərlə şumerlərin və asurların arasındakı qırğında insanlarla birlikdə bütün tarixi məbədlərin da yox edildiyini bilirik. Biz bilirik ki, Fransa 1945-ci ildə əlcəzayirlilərə qarşı qırğın və Almaniyada nasislərin 6 milyon yəhudiyə qarşı soyqırımı törədiblər. 26 fevral 1992-ci ildə ermənilərin Xocalı şəhərində törətdikləri soyqırımının isə tarixdə heç bir analoqu yoxdur. 613 dinc əhali sadəcə, azərbaycanlı olduqlarına görə amansızcasına qətlə yetirildi, evləri yandırıldı ...
Bu sətirlər Ankara Qazi Universitetinin professoru, Dr. Əflatun Nemətzadənin "Anadolu" qəzetində dərc etdiyi məqaləsindəndir. Müəllif yazır: "Keçmiş Sovet ordusunun Xankəndindəki 366-cı alayının dəstəyi ilə erməni silahlı qüvvələri tərəfindən və başlarında Robert Koçaryanın olduğu erməni terrorist dəstələri hücum nəticəsində Xocalıda 613 nəfər bir gecədə yox edilmişdir. Onların arasında 106 qadın, 63 uşaq, 70 nəfər yaşlı insan var idi. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb. 150 nəfərin taleyi hələ də aydın deyil. 1275 əsir düşdü. Xoca şəhəri dünya xəritəsindən əbədi silindi...
Anadolu qəzetində dərc edilmiş həmin məqaləni təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB