Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illik yubileyi ilə əlaqədar "700 yüz min ağac əkək" kampaniyası çərçivəsində YAP Ağdam rayon təşkilatı tərəfindən ağacəkmə aksiyası davam etdirilir.
Aksiyada YAP Ağdam rayon təşkilatının fəalları, ərazi ilk partiya təşkilat sədrləri iştirak ediblər. Rayonun Bayraq Meydanı ərazisində və Soltanbud meşəsində 920 ədəd ağac əkilmişdir. Ümumilikdə aksiya müddətində 6500 ədəd ağacın əkilməsi nəzərdə tutulmuşdur. Bu günə qədər rayonda 5620 ədəd ağac əkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB