FHN-in helikopteri və DSX-nin iki gəmisi iranlı dənizçinin axtarışlarına cəlb olunub
Fevralın 25-də axşam saatlarında İran İslam Respublikasının Port və Dəniz Administrasiyasından Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İran bayrağı altında üzən “TARADİS” yük gəmisinin Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində olarkən heyət üzvlərindən bir nəfərin itkin düşməsi ilə əlaqədar axtarışların aparılması üçün müraciət daxil olub.
Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildiriblər ki, məlumat aidiyyəti dövlət qurumlarına ötürülüb. Fevralın 26-da səhər saatlarından Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin iki gəmisi axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB