Bu gün YAP Xaçmaz rayon təşkilatının gənclər birliyi və Heydər Əliyev Mərkəzinin birgə təşklatçılığı ilə Xocalı Soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri YAP Xaçmaz rayon təşkilatının idarə heyətinin üzvü, Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova açaraq, tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqının növbəti dəfə belə faciə ilə 1992-ci ilin qışında Xocalıda üzləşdiyini bildirib. XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımının bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd edən K.Əsgərova onu da bildirib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımı özünün əsl siyasi-hüquqi qiymətini alıb, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülüb.
Tədbirdə Xaçmaz regional mədəniyyət və turizm idarəsinin məsul işçisi Xalidə Əliyeva çıxış edərək, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı Soyqırımı və onun başvermə səbəbləri, şəhərin işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayət barədə məlumat verib. Tarix boyu ermənilər xalqımıza qarşı düşmənçilik mövqeyi tutub, ayrı-ayrı dövrlərdə beynəlxalq hüquq normalarına zidd müxtəlif təxribat və qırğınlar törədiblər. Bu gün Azərbaycan dövləti Xocalı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır: "Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilmiş "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının uğurla həyata keçirilməsi nəticəsində, artıq bir sıra dövlətlərin parlamentləri Xocalıda törədilən qırğını soyqırımı kimi tanıyıblar.
Sonra Xaçmaz şəhər 2 nömrəli körpələr evi və uşaq bağçasının körpə fidanlarının və gənclərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.
Tədbirdə Xocalı Soyqırımına həsr olunmuş kitabların və Xocalı haqqında qəzet və jurnalların sərgisi təşkil edilib.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB