Təhsil Nazirliyi YUNESCO ilə birgə paytaxtda "Təhsil və Texnologiya vasitəsilə İqtisadi uğur" Təhsil Sammiti keçirəcək. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, Təhsil Sammiti Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı və UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu tərəfindən dəstəklənir. Əlavə olaraq, Microsoft Təhsil Nazirliyi ilə birgə bu təhsil sammitin təşkil olunmasına və inkişafına aktiv olaraq köməklik göstərir.
Təhsil Sammitinin məqsədi yeni müstəqil ölkələrin təhsil liderləri və təhsil siyasəti yürüdənləri bir yerə toplamaqdır. Tədbir iştirakçıları texnologiya ilə dəstəklənən təhsil bilikləri və təcrübələrinin bölüşməsinə diqqət yetirəcək, dünya liderlərinin strategiya, siyasət və təcrübəsi ilə tanışlıq təklif edəcək.
Bir günlük sammit iki əsas hissədən ibarət olacaq. Birincisi yeni müstəqillik qazanmış ölkələr üçün Təhsil Strategiyasında İKT üzrə regional sammit olacaq, təhsil və milli iqtisadi strategiya arasında əlaqəni vurğulayacaq.
Sammitin ikinci hissəsində Milli İKT və Təhsil Strategiyasının işlənib hazırlanması, Bir şagird-bir kompüter strategiyası, öyrənənlər və müəllimlər üçün təcrübə və ali təhsildə E-təhsil mövzuları ətrafında seminarlar keçiriləcək.
"Təhsil və Texnologiya vasitəsilə İqtisadi uğur" Təhsil Sammiti noyabrın 23-də baş tutacaq BakuTel-Beynəlxalq İKT sərgi və konfransı ilə əlaqədar olaraq keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB