Aqiyə Naxçıvanlı Oğuzda seçiciləri qəbul edib FOTO

Aqiyə Naxçıvanlı Oğuzda seçiciləri qəbul edib FOTO

Artıq bir necə gündür Oğuz rayonunda müxtəlif tədbirlərdə iştirak edən 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə deputat Aqiyə Həbib qızı Naxçıvanlı deputatın qəbul otağına müraciət edən seçicilərlə ilə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin çevik həll edilməsi məqsədi ilə görüşə Oğuz Rayon Məşğulluq Mərkəzinin direktoru, Oğuz Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi, Oğuz şəhər və bir neçə kənd bələdiyyəsinin sədrləri də dəvət edilib. Ümumilikdə qəbulda iştirak edən seçicilərin sayı 14 nəfər olub. Müraciətlər əsasən işlə təmin olunma, maddi yardım, ünvanlı sosial yardımın təyin olunması, xəstəliklə əlaqədar müalicə və müayinələrin aparılmasına köməklik, torpaq məsələləri və s. sahələri əhatə edib.

Deputat Aqiyə Naxçıvanlı seçicilərin hər birini ayrı-ayrılıqda qəbul edərək onların problemlərini dinləyib, qaldırılan bəzi məsələləri yerində həll edib, digərlərinin həlli üçün isə müvafiq tapşırıqlarını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə