İsa Həbibbəyli: "Ana dilimizin inkişafında Heydər Əliyevin mühüm xidmətləri olub"
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib. İnstitutun direktoru, akademik İsa Həbibbəyli ölkəmizdə və AMEA-da dilimizin inkişafı, qorunması və təbliği istiqamətində həyata keçirilən dövlət proqramlarından, layihə və tədbirlərdən söz açıb.
Bildirilib ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında ulu öndər Heydər Əliyevin mühüm xidmətləri olub.
Sonra Abşeron rayonu Mehdiabad qəsəbə 1 nömrəli tam orta məktəbin şagirdləri ana dili ilə bağlı şeirlər söyləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB