Artıq ünvanlı dövlət sosial yardımlar 1 il ərzində yox, birdəfəlik veriləcək - MÖVQE
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı dövlət sosial yardımların verilməsi ilə bağlı yeni layihə - Özünədəstək Proqramı həyata keçirəcək. SİA-nın xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli məlumat verib. O bildirib ki, yeni layihəyə əsasən çoxsaylı ailələrə ünvanlı dövlət sosial yardımlar 1 il ərzində yox, birdəfəlik veriləcək. Təbii ki, burada müəyyən şərtlərin qoyulduğunu deyən E.Kələntərlinin sözlərinə görə, ilk öncə həmin ailədə əmək qabiliyyətli şəxsin olmasına baxılacaq. Mətbuat xidməti rəhbəri vurğulayıb, layihə ilk olaraq 3 pilot rayonda təşkil olunacaq.
Daha sonra E.Kələntərli əlavə edib ki, nazirlik tərəfindən aztəminatlı ailələrin təhsilə cəlb edilməsi ilə bağlı monitorinq aparılır: "Bəzi müraciətlərdə qeyd olunurdu ki, bir çox hallarda aztəminatlı ailələrin övladları təhsildən yayınırlar. Bunları araşdırmaq məqsədilə monitorinqlərə başladıq. Monitorinqin nəticələri gələn ay müəyyən olunacaq və ictimaiyyətə açıqlanacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB