Cari il istehsalatda baş verən 166 bədbəxt hadisədə 46 nəfər ölüb
Cari ilin 9 ayı ərzində Dövlət Əmək Müfəttişliyi tərəfindən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq 2 250 müəssisə, idarə və təşkilatda keçirilmiş dövlət nəzarəti zamanı əmək qanunvericiliyinə əməl olunmasına dair 7 043 qanun pozuntusu aşkar olunub. SİA-nın xəbərinə görə, iqtisadiyyatın sahələri üzrə bu pozuntulara ticarət və ictimai iaşədə (2110), sənayedə (1251), mənzil-kommunal xidmətində (594), elm, təhsil, mədəniyyətdə (638), tikintidə (528) daha çox rast gəlinib. Ötən ilin 9 ayında əmək müqaviləsi olmadan işə cəlb edilib, 6 160 nəfər fiziki şəxslə əmək müqaviləsinin bağlanılması təmin edilib ki, cari ilin eyni dövründə bu rəqəm 3083 nəfər təşkil edib.
DƏM-in vəzifəli şəxsləri tərəfindən aşkar olunmuş inzibati xətalara görə işəgötürənlər 667 300 manat məbləğində cərimə olunublar. Vətəndaşlardan daxil olmuş 2 024 ərizə araşdırılıb və nəticədə onlara 5 959 794 manat gecikdirilmiş ödənclərin ödənilməsi, işdən qanunvericiliyin tələbləri pozularaq azad edildiyi müəyyən edilmiş 52 nəfərin öz əvvəlki işinə qaytarılması təmin olunub. Sözü gedən müddət ərzində istehsalatda baş verib və istehsalatla əlaqəli sayılan 166 bədbəxt hadisədə 46 nəfər ölüb və 135 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Keçən ilin 9 ayında isə istehsalatda baş vermiş 192 bədbəxt hadisə nəticasində 49 nəfər ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB