Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə fevralın 28-də Göyçay şəhərində vətəndaşlarla görüş keçirəcək. Mərkəzdən SİA-ya verilən xəbərə görə, qəbulda Göyçay rayonunun sakinləri ilə yanaşı Ucar, Kürdəmir, Ağsu rayon sakinləri, həmçinin bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbul saat 10:00-da Göyçay şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Göyçay şəhəri, H.Əliyev pr., 92) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşların DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya DİM-in Göyçay regional bölməsinə şəxsiyyət vəsiqəsi ilə birlikdə (ünvan: Göyçay ş., R.İsayev küçəsi, 43) müraciət etmələri (əlaqə telefonu: (020) 274 66 74) xahiş olunur. Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Ucar, Kürdəmir, Ağsu rayon təhsil şöbələrinə də müraciətə edə bilərlər.
Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB