Bakıda I Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumu işə başlayıb
Fevralın 17-də Bakıda birinci Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumu işə başlayıb. SİA-nın verdiyi məlumata görə, forum PRoloq İnkişaf Mərkəzinin təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Qlobal Karyera İnstitutunun dəstəyi ilə təşkil edilib.
Yerli mütəxəssislərlə yanaşı, dünyaca məşhur PR kapitanlarının da iştirak etdikləri forumun açılışında PRoloq İnkişaf Mərkəzinin təsisçisi Orxan Həsənoğlu, “PRoloq” onlayn jurnalının baş redaktoru Arzu Soltan, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Beynəlxalq PR Assosiasiyasının (IPRA) prezidenti Bart de Vries, Girnə və Kipr Amerikan universitetlərinin qurucusu Serhat Akpınar, Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış ediblər.
Müasir dövrdə PR-da müəyyən yeniliklərin olduğunu deyən çıxışçılar qeyd ediblər ki, forum yeni işgüzar münasibətlərin formalaşdırılmasına töhfə verəcək. Dövlət qurumları və cəmiyyətin müxtəlif sektorlar arasında təmasların qurulması dövrümüzün prioritet məsələlərindəndir. Müasir dövrdə cəmiyyətdə mühüm yerlərdən birini tutan ictimaiyyətlə əlaqələr sektoru Azərbaycanda da inkişaf edir. Forumun məqsədi ictimaiyyətlə əlaqələr sahəsində çalışanları yaradıcı təcrübələrlə tanış etməkdir.
Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumunda xarici mütəxəssislərin təcrübəsinin öyrənildiyini bildirən çıxışçılar Azərbaycanda ictimaiyyətlə əlaqələr sahəsinin inkişafı üçün böyük imkanların olduğunu qeyd ediblər. Onlar PR vasitəsilə milli dəyərlərin təbliğ edildiyini də diqqətə çatdırıblar.
İki gün davam edəcək Birinci Beynəlxalq PR Yaradıcılığı Forumunda ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Yaponiya, Almaniya, Bolqarıstan, Qazaxıstan, Misir və başqa ölkələrdən mütəxəssislər təqdimatlar edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB