Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan, Ceyhun Həsənlinin rəhbəri olduğu “Tarixin sirləri” layihəsinə yekun vurulub.
SİA-nın xəbərinə görə, Qaradağ rayon “Gənclər evində” baş tutan tədbirdə ilk öncə
çıxış edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov gənclərin bu istiqamətdə fəaliyyətini təqdirəlayiq hal kimi dəyərləndirib.
Layihənin rəhbəri Ceyhun Həsənli layihə çərçivəsində görülən işlərdən danışıb. Vurğulanıb ki, layihə çərçivəsində gənclərlə görüşlər təşkil edilib. Görüşlərdə Azərbaycanın tarixi şəxsiyyətlərdən olan Babək, Şah İsmayıl Xətai haqqında tədbirlərə qonaq qismində dəvət olunan tarixçi-alimlərin vasitəsilə geniş bilgilər verilib. Keçirilən bugünkü yekun tədbirində isə ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi tarixindən söhbət açılacaq.
Tədbirdə çıxış edən tanınmış yazıçı-publisist, “Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi” kitabının müəllifi İlham Əliyev bildirib ki, ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi prosesinə əsasən Rusiya I Pyotrun başlanılıb. Sonrakı dövrlərdə bu proses mərhələli şəkildə davam edib.
Daha sonra iştirakçıları maraqlandıran suallara ətraflı cavablar verilib.
Sonda layihənin rəhbəri Ceyhun Həsənli layihənin reallaşmasında verdiyi dəstəyə görə, Gənclər Fonduna, eyni zamanda tədbirlərin təşkil edilməsində yaratdıqları şəraitə görə Qaradağ rayon Gənclər Evinə təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB